24 yaşlı müəllimə Miatta Borders Missisipi ştatının De-Soto dairəsində yerləşən Lake Cormorant orta məktəbində əvəzedici kimi işə başladığı ilk günündə — 2025-ci il oktyabrın 24-də — TikTok-da paylaşdığı videolara görə işdən çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə New York Post xəbər yayıb.
Sözügedən videolarda müəllimə şagirdləri onların icazəsi olmadan lentə alıb və videolarda bəzən qızlardan birinə “balaca” (“qısaboy”) deyə müraciət kimi qeyri-etik ifadələr işlədib.
De-Soto dairəsinin məktəb idarəsi onun işlədiyi Kelly Services adlı kadr agentliyinə məlumat verərək, Bordersin gələcəkdə dairədə işləməsinə qadağa qoyub. Qərar, məxfilik qaydalarının pozulması və qeyri-peşəkar davranış səbəbilə verilib.
Borders isə sonrakı videolarda öz hərəkətlərini belə əsaslandırıb: videoya çəkməyə qadağa olduğunu bilmədiyini və gənclərlə əlaqə qurmaq, onlarla dil tapmaq üçün belə kontent yaratmaq istədiyini bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:15 / 26.10.2025
Müəllimə TikTok-dakı videolara görə işdən çıxarıldı - VİDEO
Hazırda oxunan: Müəllimə TikTok-dakı videolara görə işdən çıxarıldı - VİDEO
Hazırda oxunan: Müəllimə TikTok-dakı videolara görə işdən çıxarıldı - VİDEO
577321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































