Türkiyədə uzun müddətdir gözlənilən "Gelin Takımı 2" filmi nümayişə çıxıb. Film yalnız aktyor heyəti ilə deyil, səsləndirilən musiqilərlə də tamaşaçıların diqqətini çəkib.
Bizim.Media xəbər verir ki, Türkiyənin tanınmış aktrisası və müğənnisi Ecem Erkek ilə gənc aktyor-müğənni Baran Bölükbaşı film üçün xüsusi olaraq Azərbaycanın məşhur "Yandırdın qəlbimi" mahnısını duet şəklində ifa ediblər.
Sənətçilərin çıxışı həm filmdə, həm də sosial şəbəkələrdə böyük maraq yaradıb. Sosial mediada yayılan görüntülər qısa zamanda on minlərlə baxış toplayıb və istifadəçilər dueti həm "səmimi", həm də "mədəniyyətlərarası gözəl bağ" kimi qiymətləndiriblər.
Qeyd edək ki, "Yandırdın qəlbimi" mahnısının sözləri və musiqisi görkəmli Azərbaycan bəstəkarı Novruz Feyzullayevə məxsusdur. Mahnının ilk ifaçılarından biri isə Azərbaycan musiqisinin unudulmaz səsi, Xalq artisti Rübabə Muradova olub./Musavat.com
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:07 / 26.10.2025
Türkiyənin məşhur filmində Azərbaycan mahnısı səsləndi
Hazırda oxunan: Türkiyənin məşhur filmində Azərbaycan mahnısı səsləndi
Hazırda oxunan: Türkiyənin məşhur filmində Azərbaycan mahnısı səsləndi
577319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































