Putin elan etdi: “Müharibə davam edəcək”

Hazırda oxunan: Putin elan etdi: “Müharibə davam edəcək”

577280

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibənin (“xüsusi əməliyyat” adlandırılır) plan üzrə davam etdirilməsinin vacibliyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və birləşdirilmiş qoşun qruplaşmalarının komandanları ilə keçirdiyi müşavirədə bildirib.
 

Putin rus ordusunun Pokrovsk, Mirnoqrad və Kupyansk ərazilərində ukraynalı hərbçiləri mühasirəyə almaqda nailiyyətlər qazandığını söyləyib.


“Qoşun qruplaşmalarının komandirləri Baş Qərargahın hazırladığı plana uyğun xüsusi hərbi əməliyyatı davam etdirməlidirlər,” — deyə Putin bildirib.

Putinə görə, Ukrayna Silahlı Qüvvələri rus qoşunları tərəfindən mühasirəyə alınmış qruplaşmalarını azad etməyə çalışacaq:

“Birbaşa öz qruplaşmalarını azad etməyə çalışmaqla yanaşı, yaxın ərazilərdə əməliyyatlar aparmaqla blokadanın yaradılmasına şərait yaradacaqlar.”

Müşavirədə Gerasimov bildirib ki, “Mərkəz” qruplaşması Pokrovsk və Mirnoqrad ərazilərində Ukrayna qüvvələrini tam mühasirəyə alıb.

Bundan əlavə, Volçanskın 70%-dən çox hissəsi artıq rus qoşunlarının nəzarətindədir və Kupyansk şəhəri “Qərb” qruplaşmasının fəaliyyət istiqamətində mühasirəyə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin