Yer üzərindəki nüvə sınaqlarını yad planetlilər izləyib?

Hazırda oxunan: Yer üzərindəki nüvə sınaqlarını yad planetlilər izləyib?

577263

Yeni elmi tədqiqat göstərir ki, XX əsrin ortalarında Yer planetini yadplanetlilər aktiv şəkildə müşahidə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri yazıb.

İsveçdəki Şimal Nəzəri Fizika İnstitutundan doktor Beatrisa Vilyarroel 1949–1957-ci illər arasında keçirilən nüvə sınaqları dövrü ilə səmada müşahidə olunan “tranzient” adlanan sirli parlaq işıq saçmaları sayının artması arasında əlaqə müəyyən edib.

Tədqiqatçılara görə, bu işıq saçmalarını təbii səbəblərlə izah etmək mümkün deyil, bu isə onların süni – ehtimal ki, yerli olmayan mənşəyə malik ola biləcəyini göstərir.

Vilyarroelin işi elmi rəy prosesindən keçib və Nature jurnalında dərc olunub. Bu, belə mövzuda ilk dəfədir ki, aparıcı elmi nəşrlərdən biri tərəfindən qəbul edilir.
 

“Daily Mail” bunu UNO fenomeninin elmi tədqiqində “yeni mərhələ” adlandırır, çünki əvvəllər bu cür tədqiqatlar akademik çevrələrdə ciddi qəbul olunmurdu.


Mütəxəssislər qeyd edirlər ki, rəy prosesinin uğurla tamamlanması toplanan məlumatların düzgünlüyünü və tədqiqatın əsassız “UNO hekayəsi” olmadığını təsdiqləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin