"Rusiya nüvə güc qurğusu ilə işləyən və məsafə məhdudiyyəti olmayan "Burevestnik" qanadlı raketini sınaqdan keçirib".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Birləşmiş Qoşun Qruplaşmasının idarəetmə məntəqələrindən birinə gedən Rusiya Prezidenti Vladimir Putin deyib.
O, burada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və komandanların iştirakı ilə ilə müşavirə keçirib.
Müşavirədə məruzə edən Gerasimovun sözlərinə görə, "Burevestnik"in sınaqdan keçirilməsi oktyabrın 21-də baş tutub:
"Sınağın fərqi ondan ibarətdir ki, uçuş çoxsaatlı olub. Raket 14 min kilometr məsafə qət edib və təxminən 15 saat havada qalıb. Raketin texniki xüsusiyyətləri onun istənilən məsafədə yüksək dərəcədə qorunan obyektlərə qarşı zəmanətli dəqiqliklə tətbiq edilməsinə imkan verir".
Putin "Burevestnik"in sınağını şərh edərək əlavə edib ki, bu, dünyada heç kəsdə olmayan unikal məhsuldur.
Bizim.Media



























































































