Hamını heyrətləndirən uşaq - FOTO

Hazırda oxunan: Hamını heyrətləndirən uşaq - FOTO

57723
ABŞ-da yaşayan 10 yaşlı uşaq qazandığı uğurla hamını təccübləndirir.

ANS PRESS-in məlumatına görə, Nyu-Cersidə yaşayan 10 yaşlı Kori Neves 5 il əvvəl anasının köməyi ilə öz şirkətini qurub. O, 2009-cu ildə ”“ hələ 5 yaşında ikən anasının yanında işləməyə başlayır və “Mc Cory”™s Cookies” adlı qurabiyə şirkətini qurur.

Ailəsinin ona göstərdiyi kömək nəticəsində işlərini sürətlə böyüdən balaca oğlan öz şirkətinin icraçı direktoru (CEO) olur. 

Az yaşında əldə etdiyi uğurla şöhrət qazanan Kori bir sıra məşhur televiziya proqramlarına da qonaq çağırılır. O, gələcəkdə işlərini daha da böyütmək, fəaliyyətini genişləndirmək fikrindədir. 

Məktəbə avtobusla gedib-gəlməkdən bezən balaca biznesmen artıq özünə avtomobil də alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin