Tramp HƏMAS-a 48 saat vaxt verdi: “ƏKS HALDA...”

Hazırda oxunan: Tramp HƏMAS-a 48 saat vaxt verdi: “ƏKS HALDA...”

577222

Yaxın Şərqdə çox güclü sülh formalaşıb və inanıram ki, o əbədi olacaq.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabında yazıb. 

O bildirib ki, HƏMAS iki amerikalı da daxil olmaqla, ölən girovların cəsədlərini tez bir zamanda qaytarmağa başlamalıdır, əks halda bu böyük sülhdə iştirak edən digər ölkələr hərəkətə keçəcək.

“Cəsədlərin bəzilərinə çatmaq çətindir, digərlərini isə indi geri qaytarmaq mümkündür, amma nədənsə etmirlər. Ola bilsin ki, bu, onların tərksilah edilməsi ilə bağlıdır. Lakin mən hər iki tərəfə ədalətli davranılacaq deyərkən bunun öz öhdəliklərini yerinə yetirənlərə şamil olunduğunu nəzərdə tuturdum. Gəlin onların növbəti 48 saat ərzində nə edəcəklərinə baxaq. Mən bunu çox diqqətlə izləyirəm”,- deyə Tramp əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin