Tramp Putinlə görüş üçün şərtini AÇIQLADI

Hazırda oxunan: Tramp Putinlə görüş üçün şərtini AÇIQLADI

577208

“Putinlə yalnız Ukrayna üzrə razılaşma əldə olunması barədə aydın təsəvvür olduğu halda görüşəcəyəm”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Malayziyaya səfəri zamanı jurnalistlərə bildirib.

O, həmçinin qeyd edib ki, Çin lideri Si Cinpinlə Rusiya neftinin idxalının azaldılması məsələsini müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ lideri Macarıstanda keçirilməli olan danışıqların ləğv edildiyini açıqlayıb. Bu, iki prezidentin 16 oktyabrda Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığından təxminən bir həftə sonra baş verib.

Tramp bildirib ki, görüşü indi keçirmək düzgün olmazdı: “Mənə elə gəldi ki, biz istədiyimiz nəticəyə çatmayacaqdıq. Buna görə də görüşü ləğv etdim”.

Putin isə açıqlamasında deyib ki, “görüş ləğv edilməyib, təxirə salınıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin