Lyayendən ÇAĞIRIŞ: “Təzyiq Rusiyanın başa düşdüyü yeganə dildir”

Hazırda oxunan: Lyayendən ÇAĞIRIŞ: “Təzyiq Rusiyanın başa düşdüyü yeganə dildir”

577204

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Rusiyanı Ukrayna üzrə danışıqlara məcbur etmək məqsədilə ona daha güclü təsir göstərməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Lyayen özünün X hesabında paylaşım edib.

“Təzyiq Rusiyanın başa düşdüyü yeganə dildir və müttəfiqlərimiz və dostlarımızla koordinasiyalı sanksiyalar Putini danışıqlar masasına oturtmaq üçün həlledici əhəmiyyət daşıyır,” — deyə o bildirib.

Bundan əlavə, Lyayen qeyd edib ki, “istəklilər koalisiyası”nın görüşündə Avropa nümayəndələri Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin vacibliyini müzakirə ediblər.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan etmişdi ki, Avropa “kölgə donanması” ilə mübarizəyə daha etibarlı yanaşma tətbiq etməklə Rusiyanın hərbi xərclərini azalda bilər. Onun sözlərinə görə, Avropada Rusiyaya qarşı qəbul edilən yeni sanksiyalar paketi “sonuncu olmayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin