Biz bəşəriyyətin inkişafının başlanğıcında olduğunu və qarşıda sonsuz bir gələcəyin olduğunu düşünürük. Lakin, "Karter Fəlakəti" kimi tanınan riyazi nəzəriyyə buna şübhə ilə yanaşır.
Bu nəzəriyyə deyir ki, biz artıq Homo sapiens növünün tarixinin yarısındayıq.
Bizim.Media xəbər verir ki, ideya ondan ibarətdir ki, hər birimiz tarixin təsadüfi bir anında adi bir müşahidəçiyik. Əgər bu doğrudursa, onda bəşəriyyətin mövcudluğunun ən əvvəlində, ortasında və ya sonunda doğulmaq ehtimalı bərabərdir.
Bu bir növ "həyat filminin" ilk və ya son dəqiqələrində deyil, ortasında bir yerdə olduğumuzu düşünmək məntiqidir.
Astrofizik J. Richard Gott bunu sadə bir nümunə ilə izah edir. 1969-cu ildə o, Berlin divarını ziyarət edib. O zaman divar cəmi səkkiz il idi ki, tikilmişdi.
"Tipiklik prinsipinə" əsaslanaraq, Gott ehtimal edir ki, o divarın tarixinin "ortasında" bir yerdə müşahidə edir.
Gott eyni məntiqi bütün bəşəriyyətə tətbiq etdikdə isə özü də nəticədən şoka düşür.
1993-cü ildə o, hesablamalar aparıb. Homo sapiens tarixi boyunca doğulan insanların ümumi sayını və hazırkı doğum nisbətini (ildə təxminən 145 milyon) nəzərə alsaq, bəşəriyyətin statistik "ömür uzunluğu" indikindən 19 min ildən az ola bilər.
Bu bir peyğəmbərlik deyil, sadəcə geniş tədqiq olunan statistik bir qiymətləndirmədir.
Axı gələcəyi kökündən dəyişdirə biləcək gözlənilməz amillər var. Məsələn texnoloji irəliləyişlər, güclü süni intellektin yaradılması, demoqrafik dəyişikliklər, ekoloji fəlakətlər və ya nüvə müharibəsi bəşəriyyətin sonunu daha tez gətirə bilər.
Tənqidlərə baxmayaraq, "Karter fəlakəti" bizi tarixdəki yerimiz barədə yenidən düşünməyə məcbur edir. Bu, planetdəki vaxtımızın əbədi davam edəcəyinə zəmanət verilmədiyini xatırladan soyuq bir reallıqdır. Gələcək təkcə riyazi ehtimaldan deyil, həm də bu günkü qərarlarımızdan - ətraf mühit, texnoloji və mənəvi cəhətdən asılıdır.
Xatırladaq ki, NASA və Yaponiyanın Toho Universitetinin alimləri 400 min kompüter simulyasiyası apardıqdan sonra Yer kürəsində həyatın təxminən 1 milyard il ərzində tamamilə yox olacağını müəyyən ediblər.
Bu, genişlənən Günəşin təkamülü nəticəsində baş verəcək və Günəş o qədər qızacaq ki, okeanlar buxarlanacaq və atmosfer oksigen itirəcək.
Tədqiqatın aparıcı müəllifi Kazumi Ozaki izah edib ki, planet həddindən artıq qızmış Merkuriyə bənzəyəcək.
Alimlər həmçinin qeyd edirlər ki, həyatın son yox olması qaçılmaz olsa da, bəşəriyyət bunu görməyəcək, çünki Yer yüz milyonlarla il əvvəl yaşanmaz hala gələcək.
Surxay Atakişiyev, Bizim.Media



























































































