Oktyabrın son bazar gecəsində bir çox ölkə qış vaxtına keçid edir.
Bizim.Media xəbər verir ki, bu il Avropa İttifaqı ölkələri- Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Bolqarıstan və sair dövlətlərdə saat əqrəbləri bir saat geri çəkiləcək.
ABŞ-də isə Arizona və Havay ştatları istisna olmaqla qış rejimi tətbiq edilir.
Bəzi ölkələr, o cümlədən, Azərbaycan artıq bu sistemi istifadə etmir.
Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarı ilə bu praktika ləğv edilib.
Yəni saatlar irəli-geri çəkilmir, ilboyu eyni vaxt qalır.
Saat əqrəblərinə toxunmayan dövlətlər sırasında Türkiyə, Qazaxısatan, İran, Gürcüstan, Rusiya, Belarus, Yaponiya, Çin və digər dövlətlər yer alır.
Xatırladaq ki, saatların dəyişməsinin ideya müəllifi məşhur Amerika siyasətçisi, alim Benjamin Franklin olub.
O, günəşin hələ də yüksəkdə olduğunu və insanların daha bir saat işıqlı havada işləyə biləcəyini qeyd edib.
Bizim.Media



























































































