Rusiya Kiyevdə uşaq bağçasına ballistik raketlərlə hücum edib - Yaralananlar var

Hazırda oxunan: Rusiya Kiyevdə uşaq bağçasına ballistik raketlərlə hücum edib - Yaralananlar var

577107

Oktyabrın 25-nə keçən gecə Rusiya ordusu Kiyevə ballistik raket zərbələri endirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində yaralananlar var.

Raketin düşdüyü yerdə yanğınlar baş verib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko və paytaxt meri Vitali Kliçko bildirib ki, hücum haqqında məlumat təxminən saat 04:00-da daxil olub.
 

Ukrayna Hərbi Hava Qüvvələri şimal-şərq istiqamətindən ballistik raket təhlükəsi barədə xəbərdarlıq edib və Kiyev istiqamətində yüksək sürətli hədəflərin hərəkətini müşahidə edib.


Kliçkonun sözlərinə görə, şəhərin Desnyan və Darnitsa rayonlarında qeyri-yaşayış binalarında güclü yanğınlar baş verib. Dnepr rayonunda isə yaşayış binaları zədələnib, pəncərələr qırılıb, avtomobillər yararsız hala düşüb, binalardan birinin həyətində krater əmələ gəlib.

Sonradan Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri dəqiqləşdirib ki, həmin rayonda yerləşən uşaq bağçası da hücumdan zərər çəkib.
 

Kiyev merinin son məlumatına görə, hücum nəticəsində səkkiz nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.


Paytaxta zərbələr endirildikdən sonra Ukrayna Hərbi Hava Qüvvələri ölkənin bütün ərazisində ballistik hücum təhlükəsi barədə xəbərdarlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin