Rusiya azərbaycanlı şərqşünas, jurnalist ADA Diplomatiya Akademiyası və CBC-Azerbaijan telekanalı ilə əməkdaşlıq edən Ruslan Süleymanovu “xarici agentlər” siyahısına daxil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.
Siyahıda R. Süleymanovla yanaşı, İrina Novik və Nino Rosebaşvili, həmçinin Dmitri Çernışevskinin adları da var. Onlar Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən xarici və beynəlxalq təşkilatlar tərəfindən materialların yaradılmasında və yayılmasında iştirak ediblər.
Onun atası Lökbatandan olan azərbaycanlı, anası isə İrkutskdandır.
2017–2022-ci illərdə Ruslan Süleymanov TASS agentliyində çalışıb. Rusiya Ukraynaya hərbi müdaxiləyə başladıqdan sonra etiraz əlaməti olaraq agentliyi tərk edib.
R. Süleymanov həmçinin “Paxlava Production” kanalının müəllifidir. Ruslan Süleymanov Diplomatiya və İnkişaf İnstitutunun müstəqil elmi əməkdaşıdır. O, Azərbaycan və onun regional və qlobal tərəfdaşlarla əməkdaşlığı barədə çoxsaylı məqalələrin müəllifidir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:37 / 24.10.2025
Rusiya azərbaycanlı jurnalisti "xarici agent" ELAN ETDİ
Hazırda oxunan: Rusiya azərbaycanlı jurnalisti "xarici agent" ELAN ETDİ
Hazırda oxunan: Rusiya azərbaycanlı jurnalisti "xarici agent" ELAN ETDİ
577059
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































