Dünyada iki ölkənin paytaxtı yoxdur: Biri Avropada yerləşir

Hazırda oxunan: Dünyada iki ölkənin paytaxtı yoxdur: Biri Avropada yerləşir

576964

Dünyada iki dövlətin ümumiyyətlə paytaxtı yoxdur, onlardan biri Avropada yerləşir. Maraqlıdır ki, bu ölkələrdən biri dünyanın ən kiçik ada dövlətlərindən sayılır.

Bizim.Media “Qaynarinfo.az”a istinadən xəbər verir ki, adətən dövlətin paytaxtsız mövcud olmasını təsəvvür etmək çətindir. Lakin reallıqda belə iki hal mövcuddur. Hətta onlardan birinə səyahət də etmək mümkündür, çünki o, Avropadadır və turistləri məmnuniyyətlə qəbul edir.
 

Yer kürəsində heç bir şəhəri rəsmi paytaxt sayılmayan iki ölkə var. Onlardan biri Sakit okeanın ortasında yerləşən kiçik ada dövlətidir - Nauru Respublikası. Bu cırtdan ölkənin ərazisi cəmi 21 kvadrat kilometrdir. 


Nauru çox kiçik olsa da, Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Rəsmi şəkildə ölkədə nə paytaxt, nə də şəhərlər mövcuddur.

Bütün ada 14 inzibati dairəyə bölünüb. Respublikanın əhalisi təxminən 10 min nəfərdir və onların hamısı əsasən sahilboyu yaşayır. Adanın mərkəzi hissəsi isə yaşayışsız qalır. Əhali əsasən dağ-mədən sənayesində çalışır.
 

Digər paytaxtsız ölkə isə Avropadadır - bu, İsveçrədir. De-fakto ölkənin inzibati mərkəzi Bern şəhəri hesab olunur, çünki burada hökumət orqanları yerləşir. Lakin hüquqi baxımdan İsveçrənin rəsmi paytaxtı yoxdur.


Bu qərar tarixi və mədəni səbəblərlə bağlıdır. İsveçrə 26 kantondan ibarət federal və çoxmillətli dövlətdir. Hər bir kanton bərabər hüquqlara malikdir. Heç bir bölgəni digərlərindən üstün tutmamaq üçün hökumət konstitusiyada paytaxtın adını göstərməməyə qərar verib. Tarixboyu İsveçrə parlamenti müxtəlif şəhərlərdə fəaliyyət göstərib və bu gün də belə ənənə qalmaqdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin