“Putin və Trampın görüşü hələ də mümkündür, lakin görüş aydın və müsbət nəticə verməlidir”.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Leavit bildirib.
“Bu, artıq zəruri olduğu bir məqamdır. Trampın Ukrayna ətrafında tənzimləmə prosesinin tempi ilə bağlı narazılığı hər iki tərəfə şamil olunur.
Tramp Rusiyanın sülh sazişi əldə etməyə maraqlı olduğunu görmür,” — deyə Leavit Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair qərarı şərh edərkən deyib.
Həmçinin o bildirib ki, Trampın tələbilə Hindistan Rusiya neftinin alışını azaldıb.
Bizim.Media





























































































