Qazaxıstanda Ukraynaya məxsus olduğu güman edilən PUA-nın qalıqları tapılıb.
Bizim.Media xəbər verir ki, üzərində Ukrayna dilində yazılar olan dron Aksai şəhəri yaxınlığında partlayıb.
Oktyabrın 23-də səhər saatlarında Qızıltal kəndinin sakinləri partlayış səsi eşitdiklərini bildiriblər.
“Reuters” yazıb ki, ölkənin qərbində, Rusiya ilə sərhədə yaxın ərazidə “mənşəyi naməlum” pilotsuz təyyarənin partladılmasından sonra Qazaxıstan öz hava məkanına nəzarəti gücləndirir.
Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Rusiyanın Orenburq vilayətindən təxminən 180 kilometr qərbdə - Ukrayna pilotsuz təyyarələrinin daha əvvəl qaz emalı zavoduna hücum etdiyi həmin bölgədə baş verib.
Nazirlik cihazın mənşəyini açıqlamayıb, yalnız bu cihaz haqqında məlumatı ola biləcək xarici tərəfdaşlarla məsləhətləşmələrin aparıldığını qeyd edib.


Bizim.Media

- A-
- A
- A+
Dünya
15:46 / 23.10.2025
Qazaxıstanda PUA partladı – FOTO
Hazırda oxunan: Qazaxıstanda PUA partladı – FOTO
Hazırda oxunan: Qazaxıstanda PUA partladı – FOTO
576830
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































