Ukrayna yeni dronlarını nümayiş etdirdi – FOTO

Hazırda oxunan: Ukrayna yeni dronlarını nümayiş etdirdi – FOTO

576669

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Reuters-in müxbirlərinə suda istifadə üçün nəzərdə tutulmuş pilotsuz katerlərinin (dronlarının) yeni modifikasiyasını təqdim edib.

Onlar bu dronlara Sea Baby adını verirlər.

Bizim.Media xəbər verir ki, sözügedən akvadron modeli 1500 km məsafə qət edə və 2000 kq faydalı yük daşıya bilir.

UTX-nin məlumatına görə, Sea Baby-nin müxtəlif modelləri müharibə zamanı Rusiyanın 11 döyüş gəmisinə hücum edib və həmçinin Krım körpüsünə edilən hücumlarda iştirak edib.

Ümumilikdə raket qurğusu və topla silahlanan iki aparat nümayiş etdirilib.
 

UTX onların təqdim edildiyi yeri ciddi şəkildə nəzarətdə saxlayıb və harada göstərildiyi açıqlanmır.


Reuters qeyd edir ki, UTX poliqona giriş üçün bütün çəkilmiş materialları nəşrdən əvvəl yoxlayıb və üç yaxın plan fotosunu silməyi tələb edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin