Rusiya Trampın “cəbhə xətti üzrə müharibəni dayandırmaq” ideyasına qarşı çıxdı

Hazırda oxunan: Rusiya Trampın “cəbhə xətti üzrə müharibəni dayandırmaq” ideyasına qarşı çıxdı

576442

Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ukraynada dərhal atəşkəsə çağırışlar ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilmiş görüş zamanı əldə olunmuş razılaşmalara ziddir.

Bizim.Media “RIA Novosti”yə istinadən xəbər verir ki, Lavrov bunu Efiopiyanın xarici işlər naziri Gideon Timoteosla keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa liderləri amerikalıları öz mövqelərini dəyişməyə və “uzunmüddətli nizamlanmadan” imtina etməyə inandırmağa çalışırlar.
 

Lavrov qeyd edib ki, “belə yanaşma, Ankoricdə Tramp və Putin arasında əldə edilmiş razılaşmaların tam əksidir. Onlar münaqişənin əsas səbəblərinə diqqət yetirmək barədə razılaşmışdılar.”


“İndi Vaşinqtondan səslənir ki, dərhal dayanmaq lazımdır, artıq heç nə müzakirə olunmasın. Dayanmaq, sonra isə qoy tarix qərar versin. Ancaq əgər sadəcə dayanmaqdan söhbət gedirsə, bu, münaqişənin əsas səbəblərini unutmaq deməkdir — halbuki Donald Tramp hakimiyyətə gələndə Amerika administrasiyası bu səbəbləri çox aydın şəkildə anlayırdı,” – Lavrov vurğulayıb.

Nazir əlavə edib ki, dərhal atəşkəs Ukraynanın böyük bir hissəsinin “nasist rejiminin (?) idarəsi altında qalması” ilə nəticələnəcək:

“Ukraynanın bu hissəsində dünyada yeganə qanunvericilik olacaq ki, orada bütöv bir dil qadağan edilib. Halbuki bu, BMT-nin rəsmi dili və əhalinin əksəriyyətinin danışdığı dildir.”

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 17 oktyabrda Volodimir Zelenski ilə danışıqlardan sonra bəyan etmişdi ki, “artıq qətllərə son qoymaq və razılıq əldə etmək vaxtıdır.” O, döyüşlərin cəbhə xətti boyunca dayandırılmasını təklif etmişdi.

Trampın bu təşəbbüsünü Ukrayna Prezidenti Zelenski də dəstəkləmiş, Avropa liderləri isə mövcud cəbhə xətti üzrə hərbi əməliyyatların dayandırılmasına çağırış etmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin