Tramp: “Donbasın Ukraynaya qaytarılması məsələsi mənim üçün prioritet deyil”

Hazırda oxunan: Tramp: “Donbasın Ukraynaya qaytarılması məsələsi mənim üçün prioritet deyil”

576424

Tramp Zelenskiyə bildirib ki, Donbasın taleyindən asılı olmayaraq, Ukraynadakı müharibəni tezliklə bitirməyə çalışır.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin məlumatına görə, cümə günü Ağ Evdə keçirilən görüş zamanı Tramp deyib ki, Donbasın Ukraynaya qaytarılması məsələsi onun üçün prioritet deyil, çünki ruslar artıq regionun böyük hissəsinə nəzarət edirlər. O vurğulayıb ki, bu ərazinin statusundan asılı olmayaraq, müharibənin tezliklə həllinə nail olmaq istəyir.

Bundan əlavə, iki amerikalı məmurun məlumatına görə, Tramp Zelenskiyə bildirib ki, Ukrayna yaxın zamanda uzaqmənzilli Tomahawk raketlərinin alınmasına ümid etməməlidir.

Amerikalı, avropalı və ukraynalı rəsmilərin sözlərinə görə, Tramp görüş zamanı açıq danışıb və bəzən əsəbi görünüb. Elə bir an olub ki, o, ukraynalı nümayəndə heyətinin danışıqlara gətirdiyi döyüş xəritələrinə baxmaqdan imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin