Sosial şəbəkədə diplomatik duel: Polşadan İrana SƏRT CAVAB - FOTO

Hazırda oxunan: Sosial şəbəkədə diplomatik duel: Polşadan İrana SƏRT CAVAB - FOTO

576380

İranın xarici işlər naziri Abbas Əraqçı ilə polşalı həmkarı Radoslav Sikorski arasında “X” platformasında maraqlı və gərgin virtual polemika yaranıb.

Bizim.Media xəbər verir ki, Əraqçı polyak dilində paylaşım edərək Ukrayna müharibəsində istifadə edilən dronların İrana aid olmadığını bildirib.

Sikorski isə istehzalı cavabında bildirib: “İranın xarici işlər nazirinin polyak dilində yazması sevindiricidir, ancaq Rusiyaya pilotsuz təyyarələr satmamaq daha yaxşı olardı”.
O, İranın Rusiyaya dronların istehsalı üçün lisenziya verdiyini xatırladıb.

Sikorski əlavə edib ki, Tehran hökuməti uranın zənginləşdirilməsi və inqilab ixracı siyasəti əvəzinə, bir zamanlar dünyanı valeh edən İran mədəniyyətinin dirçəlməsinə yönəlsə, bu, daha çox təqdirəlayiq addımdır.

Mübahisə, Britaniya parlamentində İran istehsalı olan “Shahed” pilotsuz uçuş aparatı qalıqlarının nümayişi fonunda baş verib. Bu, Qərb dövlətləri ilə İran arasında gərginliyi daha da artırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin