SpaceX 56 Starlink peykini orbitə buraxdı - VİDEO

Hazırda oxunan: SpaceX 56 Starlink peykini orbitə buraxdı - VİDEO

576295

SpaceX şirkəti Falcon 9 raketdaşıyıcısı vasitəsilə əlavə 56 Starlink peykini orbitə buraxıb və bununla da Yerin aşağı orbitinə buraxılmış ümumi peyklərin sayını 10 minə çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə The Verge nəşri məlumat verib.
 

Peyk izləyicisi Conatan Makdauellin hesablamalarına görə, bu 10 min peykdən hazırda təxminən 8 608-i fəaliyyət göstərir. Starlink peyklərinin istismar müddəti təxminən beş ildir, bu müddət bitdikdən sonra onların orbitdən çıxarılaraq atmosferdə yanması təmin edilir.


Qeyd edək ki, ilk Starlink prototipləri 2018-ci ilin fevralında, kommersiya xidməti isə 2021-ci ildə işə salınıb.

Space Exploration Technologies Corp. (SpaceX) — ABŞ-a məxsus aerokosmik şirkətdir.

Onun qərargahı Texas ştatındakı Starbase tədqiqat mərkəzində yerləşir. 2002-ci ildə təsis olunandan bəri şirkət raket mühərrikləri, çoxdəfəli raketdaşıyıcılar, pilotlu kosmik uçuşlar və peyk sistemləri sahəsində böyük nailiyyətlər qazanıb.
 

2025-ci ilə olan vəziyyətə görə, SpaceX dünyada raket buraxılışı xidmətləri sahəsində aparici və dominant şirkət sayılır, həm özəl, həm də milli proqramları, o cümlədən Çin proqramını əhəmiyyətli dərəcədə geridə qoyur.


SpaceX-in 12 000 peykin buraxılmasına icazəsi var və şirkət 30 000-dən çox peykdən ibarət bir şəbəkə qurmağı planlaşdırır. Məqsəd — bütün dünyaya yüksək sürətli, aşağı gecikməli internet xidməti göstərməkdir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin