Netanyahu orduya əmr verdi: "Qəzzada qətiyyətli tədbirlər görün"

Hazırda oxunan: Netanyahu orduya əmr verdi: "Qəzzada qətiyyətli tədbirlər görün"

576107

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının cənubunda baş verən atışma insidentindən sonra orduya anklavdakı radikallara qarşı qəti tədbirlər görməyi tapşırıb.

Bizim.Media  xəbər verir ki, bu barədə baş nazirin ofisi bəyanat yayıb.
 

"HƏMAS-ın atəşkəsi pozmasından sonra Netanyahu İsrailin müdafiə naziri İsrael Kats və güc strukturlarının rəhbərləri ilə məsləhətləşmələr aparıb və Qəzza zolağında terror obyektlərinə qarşı qətiyyətli tədbirlərin görülməsini tapşırıb", - deyə bəyanatda bildirilir.


Xatırladaq ki, İsrail ordusu radikalları atəşkəs rejimini kobud şəkildə pozmaqda ittiham edərək anklavın cənubundakı Rəfah şəhəri ərazisində onlara zərbə endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin