Rusiyada pedofillərə qarşı cəzalar ağırlaşdırıldı

Hazırda oxunan: Rusiyada pedofillərə qarşı cəzalar ağırlaşdırıldı

57583

Rusiya Prezidenti Vladimir Putin residivist (cəza çəkdikdən sonra təkrar eyni əməli törədən şəxs) pedofillərin ömürlük həbsi haqqında qanunu imzalayıb. 

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, yeni qanuna əsasən, 18 yaşına çatmamış şəxslərin cinsi toxunulmazlığı əleyhinə cinayətlərin təkrar törədilməsinə görə maksimum ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulur.  

Əvvəllər belə cəza tədbiri yalnız 14 yaşına çatmamış uşaqlara qarşı təkrar cinayət törətmiş pedofillərə şamil edilirdi. 

Ömürlük azadlıqdan məhrum etmə, həmçinin iki və ya daha çox yetkinlik yaşına çatmayanlara qarşı cinayət törətmiş şəxslərə və belə cinayətin başqa ağır və ya xüsusilə ağır cinayətin törədilməsi ilə bağlı olduğu hallarda da nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin