Nuhun gəmisinin qalıqlarına dair yeni maddi nümunələr aşkar edilib - FOTOLAR

Hazırda oxunan: Nuhun gəmisinin qalıqlarına dair yeni maddi nümunələr aşkar edilib - FOTOLAR

575751
Türkiyəli mütəxəssislər tərəfindən yaradılan araşdırma qrupu Nuh peyğəmbərin gəmisinin qalıqlarının olduğu ehtimal edilən ərazidə işə başlayıb.
 
Geofizika, kimya və geoarxeologiya sahəsinin akademikləri tərəfindən aşkar edilən nümunələr müayinə üçün xüsusi laboratoriyaya göndərilib.
 
Peyğəmbər gəmisinin qalıqları Doğubəyazit rayonunun (Ağrı vilayəti) Telçəkər və Üzəngili kəndləri arasındakı ərazidə tapılıb.  
 
Qeyd olunur ki, Nuhun gəmisinin qalıqlarının olduğu iddia edilən ərazi artıq bir müddətdir yerli və xarici turistlərin diqqətini çəksə də, bu günə qədər bu yerdə hər hansı təhqiqat aparılmayıb.
 
Laboratoriya nəticələrinin 1,5-2 aydan sonra ictimaiyyətə açıqlanacağı bildirilir. /Oxu.az/

Mənbə: DHA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin