Lavrov İsveçdə qadın tualetinə girməsindən danışdı: "Soruşdum ki..."

Hazırda oxunan: Lavrov İsveçdə qadın tualetinə girməsindən danışdı: "Soruşdum ki..."

575732
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ATƏT Nazirlər Şurasında iştirak edərkən İsveçdə gender baxımından neytral tualetlərdən keçirdiyi sarsıntıdan danışıb.
 
"Təfərrüatlara görə üzr istəyirəm, mən tualetin harada olduğunu soruşduqda, fasilə zamanı mənə WC hərfləri olan otağı göstərdilər. 
 
Soruşdum ki, bu xanımlar üçündür, yoxsa bəylər üçün? 
 
Mənə dedilər: "Bizim hər şeyimiz ortaqdır". 
 
Mən buna inanmadım, amma əslində belə oldu. Adam utanıb yerə girir. 
 
Bunun nə qədər qeyri-insani olduğunu bilmirsiniz, sadəcə insani deyil", - deyə nazir gileylənib.  /Milli.az/
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin