Əgər Belarusa qarşı təcavüz edilərsə, yüz minlərlə rus əsgəri burada olacaq.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko xalqa müraciəti zamanı bildirib.
Belarus lideri əlavə edib ki, əgər Rusiyaya qarşı təcavüz olarsa, Belarus bu müharibədə iştirak edəcək.
Belarus prezidenti iki halda müharibədə iştirak edə biləcəklərini qeyd edib:
“Birincisi, Bealrusa qarşı birbaşa təcavüz edilərsə. İkincisi, Rusiya Federasiyası birbaşa hücuma məruz qalarsa, Rusiya Federasiyasının ərazisinə belə təcavüz edilərsə. Bu müddəalar bizim müttəfiqlik müqaviləmizdə öz əksini tapıb”.
O, həmçinin qeyd edib ki, Rusiya qoşunları “ölkəmizə qarşı təcavüz edilərsə” Belarus ərazisinə daxil ola bilər, bu halda onun sözlərinə görə, “yüz minlərlə rus əsgəri burada olacaq”.
Belarus prezidenti həmçinin bildirib ki, indiki şəraitdə Minsk Rusiya və KTMT müttəfiqləri ilə əməkdaşlığı inkişaf etdirməlidir:
"Qazaxıstan nümunəsi göstərdi ki, KTMT Avrasiya məkanında təhlükəsizlik təhdidlərinə nə qədər tez cavab verə bilər. Təşkilatın qüvvələri vəziyyətin sabitləşdirilməsində əsas amilə çevrilib. İttifaq dövlətinin (Rusiya-Belarus) yeni hərbi doktrinası sülhün təminatını əhəmiyyətli dərəcədə gücləndirəcək”.
Lukaşenko Belarus və Rusiyanın müharibə istəmədiyini də sözlərinə əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:29 / 28.01.2022
Lukaşenko: “Belarusa təcavüz edilərsə, yüz minlərlə rus əsgəri burada olacaq” - VİDEO
Hazırda oxunan: Lukaşenko: “Belarusa təcavüz edilərsə, yüz minlərlə rus əsgəri burada olacaq” - VİDEO
Hazırda oxunan: Lukaşenko: “Belarusa təcavüz edilərsə, yüz minlərlə rus əsgəri burada olacaq” - VİDEO
57571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.