Ulduz futbolçu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezə doğum günü sürprizi edib.
Bizim.Media xəbər verir ki, Ronaldo nişanlısının 28-ci ad günündə onun barəsində Netflix tərəfindən çəkilən "Mən Corcina" ("I am Georgina") sənədli filmini Bürc-Xəlifədə nümayiş etdirib.
Mənzərə qarşısında sevincini gizlətməyən Corcina “İnstagram” hesabında ailəvi fotolarını paylaşıb.
Qeyd edək ki, Ronaldo 2016-cı ildə ispan model Corcina Rodrigez ilə münasibət qurub və bir il sonra onların Alana Martina adlı qızı dünyaya gəlib. Onların övladının hazırda 4 yaşı var. Corcina hazırda hamilədir.
Bizim.Media