Musiqinin gücü ilə öz ifasını xatırlayan Alzheimerli balerina... - VİDEO

Hazırda oxunan: Musiqinin gücü ilə öz ifasını xatırlayan Alzheimerli balerina... - VİDEO

5755

O, illər əvvəl ən məşhur əsərləri rəqs edən, səhnələri ifaları ilə gözəlləşdirən bir balerina idi. Baş balerina...

Sonra isə fiziki çətinliklər yaşayan bir Altsheymer xəstəsi oldu. Lakin mövzumuz onun xəstəliyi deyil, sənəti və sənətinə dərin bağlılığıdır.

Bizim.Media xəbər verir ki, söhbət balerina Marta Qonzalesdən gedir.

Bir müddət öncə yaddaşsız və gücsüz halda oturan balerinanın əlil arabasında  sosial şəbəkələrdə yayılan videosu hər kəsi duyğulandırmışdı. Həmin videoda balerinaya illərlə ifa etdiyi böyük əsərlərdən biri dinlədilir. Qonzales bəstəni eşitdiyi an sanki canlanır və oturduğu əlil arabasında “Qu gölü” baletini ifa edir. Beləliklə bu görüntülər insan ruhunun musiqi ilə nə qədər bağlı olduğunu bir daha sübut edir. 

Həmin görüntüləri təqdim edirik:

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin