Rusiya Tbilisi-Moskva təyyarəsini uçmağa qoymadı – SON ANDA 

Hazırda oxunan: Rusiya Tbilisi-Moskva təyyarəsini uçmağa qoymadı – SON ANDA 

57544

Bu günə təyin olunan Tbilisi-Moskva çarter reysi uçuşa bir neçə dəqiqə qalmış ləğv olunub.

Bizim.Media gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Hava Yolları” aviaşirkəti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, təyin olunan reys ətrafında Gürcüstanda mediada və cəmiyyət arasında yaranan ajiotaj və tənqidlər problemlərə səbəb olub və Rusiya tərəfi uçuşun yerinə yetirilməsinə müvafiq icazəni ləğv edib.

Şirkət bildirib ki, bu birdəfəlik uçuş olmalı idi və planlaşdırılan uçuş biznes nümayəndələrinin daşınmasını təmin etməli idi.

Xatırladaq ki, Vladimir Putinin qərarı ilə Rusiya 2019-cu il iyulun 8-dən Gürcüstanla hava nəqliyyatını dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin