Ukrayna vətəndaşlığından məhrum edilən Odessa merindən açıqlama - VİDEO

Hazırda oxunan: Ukrayna vətəndaşlığından məhrum edilən Odessa merindən açıqlama - VİDEO

575275

Odessa meri Qennadi Truxanov Ukrayna vətəndaşlığından məhrum edilməyə dair mümkün qərara etiraz edəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Truxanov bu barədə “Obşestvennoye” nəşrinə verdiyi müsahibədə danışıb.

“Əgər bu qərarı Prezident Volodimir Zelenski imzalasa, o, məhkəməyə müraciət edəcək və öz mövqeyini müdafiə edəcək. Mer qeyd edib ki, o, öz şərəfini qoruyacaq və bütün lazımi sənədləri təqdim edəcək.

Truxanov düşünür ki, vətəndaşlıqdan məhrum etmə petisiyasının bu qədər sürətlə irəli sürülməsi, onu siyasi müstəvidən çıxarmaq istəyən naməlum şəxslərin niyyəti ilə bağlıdır.

Xatırladaq ki, bundan əvvəl Truxanovun istefası üçün hazırlanan petisiya 25 min səs toplamışdı və hazırda bu petisiya Prezidentin nəzərdən keçirməsi üçün gözləyir. Mer isə özünün Rusiya vətəndaşlığı olmadığını təkzib edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin