“Qazaxıstanda KTMT qüvvələrindən uğurla istifadə edildi” - Medvedev 

Hazırda oxunan: “Qazaxıstanda KTMT qüvvələrindən uğurla istifadə edildi” - Medvedev 

57518

“Qazaxıstanda ilk dəfə olaraq KTMT qüvvələrindən çox uğurla istifadə edildi, Təşkilatın imkanları hər kəsə nümayiş etdirildi”.   

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya KİV-ə müsahibəsində bildirib: 

“Burada qeyd etməyi vacib hesab etdiyim odur ki, ilk dəfə olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti olan qüvvələrdən çox uğurla istifadə edilib”. 

Fikirlərinin davamında Medvedev 2010-cu ildə Qırğızıstanda baş verən hadisələri xatırladaraq, “o zaman təəssüf ki, Qırğızıstana kömək üçün KTMT üzvləri arasında razılığa gəlmək mümkün olmayıb. Və bu, sonsuz hakimiyyət dəyişikliyinə və iqtisadi problemlərə gətirib çıxardı", - deyə əlavə edib. 

Medvedev qeyd edib ki, Qazaxıstana münasibətdə KTMT ölkələrinin mövqeyi birləşdi, prezident Kasım-Jomart Tokayev KTMT ölkələrinə müraciət etdikdən sonra müvafiq kontingent göndərildi. Onlar öz missiyasını uğurla başa vurdu və geri qayıtdı.  
"KTMT çərçivəsində mövcud imkanlar hamıya nümayiş etdirildi. Bu, həm də mənə elə gəlir ki, ölkədə asayişi bərpa etməyə imkan verdi", - Medvedev fikirlərini yekunlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin