Ərdoğandan Meloniyə: “Siqareti tərgitməlisiniz” - VİDEO

Hazırda oxunan: Ərdoğandan Meloniyə: “Siqareti tərgitməlisiniz” - VİDEO

575076

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Bizim.Media xəbər verir ki, Ərdoğan sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzində İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşüb.

Tərəflər arasındakı dialoq diqqət çəkib. Belə ki, Ərdoğan Meloniyə “Möhtəşəm görünürsünüz, amma siqareti tərgitməlisiniz” deyib.

İtaliyalı nazir gülərək “Bilirəm, bilirəm” cavabını verib.

Liderlərin dialoquna isə Fransa Prezidenti Emmanuel Makron “Bu, mümkün deyil” deyə müdaxilə edib.

Sözügedən video görüntüləri təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin