Türkiyə XİN: “Sülhməramlıların fəaliyyət müddəti uzadılıb”

Hazırda oxunan: Türkiyə XİN: “Sülhməramlıların fəaliyyət müddəti uzadılıb”

57504

BMT Təhlükəsizlik Şurası 27 yanvar 2022-ci il tarixli 2618 (2022) saylı qətnaməyə əsasən, Kipr adasında yerləşən BMT sülhməramlılarının səlahiyyət müddətini daha altı ay uzadıb. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, hazırda Kiprdə Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələri (UNFICYP) yerləşdirilib.

Onlar Kiprin yunan və türk icmaları arasında toqquşmaların qarşısını almaq, asayişi qorumaq və bərpa etmək üçün Təhlükəsizlik Şurası tərəfindən 4 mart 1964-cü ildə yaradılıb.
1974-cü ildə baş verən silahlı toqquşmalardan sonra isə BMT sülhməramlıları Kipr Milli Qvardiyasının mövqeləri ilə Türk və Kipr türk qüvvələri arasında bufer zona rejiminə riayət olunmasına nəzarət etməyə başlayıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin