Məşhur aparıcının əri restoranda güllələndi - 1 MİLYONLUQ MÜBAHİSƏ... - VİDEO

Hazırda oxunan: Məşhur aparıcının əri restoranda güllələndi - 1 MİLYONLUQ MÜBAHİSƏ... - VİDEO

57440

Türkiyəli aktrisa-aparıcı Ece Erkenin vəkil həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunun qətlə yetirilməsi ilə bağlı təfərrüatlar ortaya çıxıb.

Bizim.Media "CNN Türk"ə istinadən xəbər verir ki, o, sahibi olduğu restoranda oturarkən içəridəki iki nəfər saat 00:30 radələrində onu masalarına çağırıb.

Vəkil kimliyi bəlli olmayan iki nəfərin masasasına doğru gedib. Söhbət zamanı mübahisə düşüb, naməlum şəxslər ona iki dəfə atəş açıb. Daha sonra restoran xaricindən də iki dəfə atəş açılıb və cinayətkarlar hadisə yerindən uzaqlaşıb. 

Vəkilin sürücüsü də ona yardım etmək istəyib. Ancaq hücum edənlər vəkilin sürücünü də yaralayıb. Xəstəxanaya çatdırılan Ş.Mahmutyazıcıoğlu həyatını itirib.

Ş.Mahmutyazıcıoğlu hadisədən 2 saat əvvəl “Beşiktaş”ın eks-rəhbəri Fikret Ormanla görüşüb. Qeyd edək ki, mərhum vaxtı ilə “Beşiktaş”ın İdarə Heyətinin üzvü olub.

İddiaya görə, hücum edənlərlə vəkil arasında 1 milyon lirəlik mübahisə səbəbindən dava düşüb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə ilə əlaqədar 2 nəfər saxlanılıb, 4 nəfərin axtarışları davam etdirilir.
Daha bir maraqlı detal isə ondan ibarətdir ki, 4 il əvvəl insidentin baş verdiyi ərazidə vəkil Kudbettin Kaya naməlum şəxslər tərəfindən qətlə yetirilmişdi.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin