Apple iPhone-larda SİM kart yuvasından imtina edir – 2 versiyalı satış

Hazırda oxunan: Apple iPhone-larda SİM kart yuvasından imtina edir – 2 versiyalı satış

57337

Apple yeni iPhone smartfonlarında fiziki SİM kart yuvalarından imtina edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə GlobalData agentliyinin mütəxəssisi Emma Mor-MakKlun məlumat verib.

Onun sözlərinə görə, artıq bu payız Apple fiziki SİM kart üçün yuvası olmayan ilk iPhone-u təqdim edə bilər:

“2022-ci ilin payızında iPhone 14-ün iki versiyası bazara çıxacaq - SİM kart yuvası və yalnız eSIM modulu ilə”.

Qeyd edək ki, klassik SİM kartdan imtina Apple-ın yuvasız və dəliksiz korpusu olan iPhone yaratmaq üçün atdığı addım olacaq. Bu smartfonda digər komponentlər üçün yer boşaldacaq, eyni zamanda nəm və tozdan qorunmanı yaxşılaşdıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin