Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukraynaya əlavə müdafiə dəstəyi verən ölkələrə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Reuters" agentliyi yayıb.
Ölkənin xarici işlər nazirliyinin rəhbəri xatırladıb ki, Ukrayna NATO-nun üzvü deyil, ona görə də Şimali Atlantika Müqavilənin 5-ci maddəsi Ukraynaya şamil edilmir, lakin bəzi ölkələr Kiyevi dəstəkləyib.
“Biz Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Polşa, Litva, Estoniya, Latviya, Çexiya və digər NATO üzvlərinə silahlı qüvvələrimizə əlavə müdafiə dəstəyi göstərdiklərinə görə minnətdarıq”, - Kuleba bildirib.
Onun sözlərinə görə, Ukraynanın danışıqlarda mövqeyini sərtləşdirən məhz bu dəstəkdir.
“Bu güc məhz ona görə lazımdır ki, ondan istifadə edilməməsin”, - deyə nazir bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:28 / 26.01.2022
Hansı dövlətlər Ukraynaya silahla kömək edib? - Ukrayna XİN-in BƏYANATI
Hazırda oxunan: Hansı dövlətlər Ukraynaya silahla kömək edib? - Ukrayna XİN-in BƏYANATI
Hazırda oxunan: Hansı dövlətlər Ukraynaya silahla kömək edib? - Ukrayna XİN-in BƏYANATI
57250
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.