Xorvatiyanın baş naziri Andrey Plenkoviç prezident Zoran Milanoviçin “Ukraynanın NATO-da yeri yoxdur” sözlərinə reaksiya verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Xorvatiyanın “Dnevnik” nəşri yazıb.
Plenkoviçin sözlərinə görə, Xorvatiya prezidentinin sözlərinin hökumətin mövqeyi ilə heç bir əlaqəsi yoxdur, üstəlik, baş nazir Ukraynadan üzr istəyib.
“Xorvatiyanın siyasəti gərginliyi azaltmaq, mümkün münaqişənin qarşısını almaq və Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdir. Bu, bizim prinsipial mövqeyimizdir”. “Novoye Vremya” Plenkoviçin dediklərindən sitat gətirib.
Xorvatiyanın baş naziri Milanoviçin bölgədəki hansı xorvat əsgərlərindən danışdığını bilmədiyini də bildirib.
O, vəziyyətin gərginləşəcəyi təqdirdə "son Xorvat əsgərini geri çəkəcəyini" vəd edib. “Ukraynada əsgərlərimizin olmadığını və Polşadakı kontingentin artıq geri qayıtdığını nəzərə alsaq, prezidentin hansı ordunu geri çəkmək niyyətində olduğunu bilmirəm. Onun Ukraynadakı korrupsiya ilə bağlı bəyanatı bizim mövqeyimiz deyil və hökumət adından bu cür absurdlara görə ukraynalılardan üzr istəyirəm”, - Plenkoviç bildirib.
Xorvatiya prezidentinin açıqlamalarından sonra Xorvatiya səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Ukrayna Xarici İşlər Nazirliyi Milanoviçin sözlərinin açıq şəkildə təkzib edilməsini tələb edir.
“Müstəqillik uğrunda mübarizədə, eləcə də keçmişdə dağıdıcı yanğınlarda Ukrayna və ukraynalıların Xorvatiyaya göstərdiyi köməyə görə ölkə prezidenti öz laqeyd münasibətini və diqqətsizliyini nümayiş etdirib”, - Ukrayna Xarici İşlər Nazirliyi vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:58 / 26.01.2022
Xorvatiyanın baş naziri ukraynalılardan üzr istədi – SƏBƏB
Hazırda oxunan: Xorvatiyanın baş naziri ukraynalılardan üzr istədi – SƏBƏB
Hazırda oxunan: Xorvatiyanın baş naziri ukraynalılardan üzr istədi – SƏBƏB
57201
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.