İran kosmosa insan göndərir

Hazırda oxunan: İran kosmosa insan göndərir

57010
İran İslam respublikası kosmosa insan göndərir. İİR kosmik idarəsinin sədri Həmid Fazeli bildirib ki, göyərtəsində insan olan kosmik aparatın 3 və ya 4 il ərzində göndərilməsi nəzərdə tutulur.

ANS PRESS-in məlumatına görə, hələ 2013-cü ilin axırından kosmosa insan göndərmək barədə İran layihəsinin həyata keçmək vaxtları elan edilmişdi. Layihəyə əsasaən kosmosa uçuşu İİR 5 ilə 10 il ərzində həyata keçirməyi planlaşdırıb. Beləliklə bu qənaətə gəlmək olar ki, Tehran öz kosmik proqramının rallaşma tempini sürətləndirib.

Xatırladaq ki, daha öncə layihənin hazırlıq hissəsi həyata keçirilib. 2013-cü ilin yanvar və dekabr aylarında İİR göyərtəsində meymunlar olan biokapsullu raket daşıyıcısını orbitə çıxaırıb. Heyvanlar üçün səyahət uğurla başa çatıb.

Qeyd edək ki, Tehran 2015-ci ilin 20 mart tarixinə kimi, meymunlu biokapsulun növbəti orbitə çıxışını həyata keiçimək niyyətindədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin