ABŞ hərbi dəniz qüvvələrinə məxsus F-35 yeni nəsil qırıcı təyyarəsi Cənub Çin dənizində “Carl Vinson” təyyarədaşıyan gəmisinə eniş edərkən qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Sakit okean donanmasının mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Prodüser ailəsi ilə birgə təyyarə qəzasında öldü - FOTO
“Hadisə F-35C təyyarəsi ilə yanvarın 24-də, “Carl Vinson” gəmisi Cənub Çin dənizində plan üzrə uçuşlar keçirərkən baş verib. Pilot uğurlu şəkildə təyyarədən ayrılıb və hərbi helikopter vasitəsilə xilas edilib”, - deyə məlumatda qeyd edilir.
Hadisə nəticəsində daha yeddi dənizçinin xəsarət aldığı bildirilir. Onlardan üçü Filippinin paytaxtı Maniladakı hərbi hospitala yerləşdirilib.
Bizim.Media