SSRİ-nin gizli “Xəzər dəniz canavarı”

Hazırda oxunan: SSRİ-nin gizli “Xəzər dəniz canavarı”

56944
“Xəzər Dənizi Canavarı” rusların soyuq müharibə zamanı yarı təyyarə, yarı gəmi kimi inşa etdikləri gizli hərbi layihənin kod adı idi.

1960-cı illərin ortasında Amerikan casus peykləri tərəfindən təsadüfən aşkar edilənə qədər heç kim onun varlığından xəbərdar deyildi. Gizli müəmma XX əsrin sonlarında əsl həqiqəti kimi bəlli oldu.

Nəhəng “canavar” əslində Sovet lideri Nikita Xuruşşovun  yaxın dostu olan aerodinamika mütəxəssisi Rostislav Alekseyevin inkişaf etdirdiyi və “Ekranoplan” adlandırdığı yeni növ nəqliyyat vasitəsi idi. (Ekranoplan (gizli təyyarə) gəmini təqlidi edən təyyarələrə verilən addır).
Ekranoplan daimi olaraq dənizin 15-20 metr üzərində uçur, sürətlə hərəkət edə bilir və daha az yanacaq istehlak edirdi.

Fərqli görüntüsü olan Ekranoplanlar Sovet donanması tərəfindən uzun illər əsgər (eyni anda 400-500 nəfər) və sursat (bir səfərdə yüzlərlə ton) daşımaq üçün istifadə edilib.

Soyuq müharibənin sonunda xərclər və baxımsızlıq nəticəsində layihə təxirə salınıb. Ekranoplanların ən böyük əngəli isə dalğalı dənizlərdə uçuşun riskli olması idi.(atvxeber.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin