Bu ölkədə "omikron" ştamının yeni variantı yayıldı

Hazırda oxunan: Bu ölkədə "omikron" ştamının yeni variantı yayıldı

56795

Danimarkada koronavirusun "omikron" ştamının yeni altvariantı - BA.2 üstünlük təşkil edir.

Bizim.Media xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Bu ilin ikinci həftəsində BA.2 yeni yoluxmaların 45%-ni təşkil edib.

Oxşar hallar Norveç və Böyük Britaniyada da müşahidə olunur.

Danimarka Dövlət Səhiyyə İnstitutu hesab edir ki, mövcud vaksinlər hələ də xəstəliyin ağır gedişatlarından qoruya bilər.

İnstitutun tədqiqatçısı Anders Fomsgaard BA.1 variantından sağalmış şəxslərin BA.2 variantına qarşı immunitetinin zəif olacağını və yenidən xəstələnmək ehtimalını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin