Suriyaya 10 min 500 dollar göndərən adam tutuldu - FOTO

Hazırda oxunan: Suriyaya 10 min 500 dollar göndərən adam tutuldu - FOTO

56791
Avstraliya polisi Suriyada radikal islamçılar tərəfdə döyüşdüyü ehtimal edilən ABŞ vətəndaşına maliyyə göndərməyə cəhd göstərən şəxsi həbs edib.

ANS PRESS-in məlumatına görə, kimliyi gizli saxlanılan 23 yaşlı şəxs Avstraliyanın Melburn şəhərində evdə keçirilən reyd zamanı həbs edilib.

Avstraliya polisinin məlumatına görə, o, Suriyada döyüşən amerikalıya 10 min 500 dollar pul göndərməyə cəhd göstərib.

Polis həbs edilən şəxsin təkbaşına fəaliyyət göstərdiyinə və ictimayyət üçün təhlükə yaratmadığına inanır.

Polis həbs edilən şəxsin ötən həftə Melburn şəhər polisi tərəfindən öldürülən terrorçuluqda şübhəli bilinən şəxslə əlaqəsi olmadığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin