Təlimlərdə iştirak etmək üçün Rusiyadan hərbçilərin və texnikanın olduğu daha bir eşelon Belarusun Polonka dəmir yolu stansiyasına gəlib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Belarus Müdafiə Nazirliyi yayıb.
“Rusiya hərbi qulluqçuları İttifaq dövlətinin Belarus ərazisində təftişində iştirak etmək üçün ölkəmizə gəlib”, nazirliyin Teleqram kanalında deyilir.
Belarus-Rusiya İttifaq dövləti öz qoşunlarının hərbi hazırlığını yoxlayır. Bu tədbirin yekun mərhələsində fevralın 10-dan 20-dək Belarus-Rusiya “Allied Resolve-2022” təlimi keçiriləcək.
Təlim çərçivəsində Belarusun hərbi poliqonlarında canlı atəş, ölkənin müəyyən sərhədyanı rayonlarında isə taktiki tədbirlər baş tutacaq.
Hərbçilər xarici təcavüzün qarşısının alınması və əks etdirilməsi, həmçinin terrorizmlə mübarizə və Birlik Dövlətinin maraqlarını müdafiə edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:14 / 23.01.2022
Rusiya qoşunları Belarusa gəldi – SƏBƏB
Hazırda oxunan: Rusiya qoşunları Belarusa gəldi – SƏBƏB
Hazırda oxunan: Rusiya qoşunları Belarusa gəldi – SƏBƏB
56766
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.