Müsəlmanlar Moskvada OMON-u cəzalandırdı

Hazırda oxunan: Müsəlmanlar Moskvada OMON-u cəzalandırdı

56579
Moskvadakı Böyük Tatar küçəsində yerləşən tarixi məscidi ziyarət edən möminlərdən biri polis tərəfindən saxlanılıb. Ali Çarinskiy adlı bloqçunun “Кавполит” adlı saytda yerləşdirdiyi video materialda bu mənzərə aşkar görünür. 

Bloqçunun sözlərinə görə OMON-çular məscidə ibadətə gələn şəxsi maşınların birinə mindirərək döyüblər. Polisin bu hərəkətindən xəbər tutan möminlər bundan çox qəzəbləniblər. Onlar polis maşınını mühasirəyə alaraq dindaşlarının dərhal azad edilməsini tələb ediblər. Bu arada isə kütlədən “Allahu-Əkbər” sədaları yüksəlib. Sonra bir neçə müsəlman polis maşınına daxil olaraq oradan döyülmüş müsəlmanla birlikdə çölə çıxıb. 

Bu xəbərə hüquq-mühafizə orqanları heç bir münasibət bildirməyiblər. 

Həmin video-materialı diqqətinizə çatdırırıq. (musavat)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin