“Rusiya danışıqlar və ya münaqişə variantları arasında seçim qarşısındadır və ABŞ hər iki varianta hazırdır”.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Ağ Ev rəsmisi “ABŞ və müttəfiqləri Rusiyanın təhlükəsizlik problemlərini həll etmək üçün işləməyə hazırdır”, - deyə qeyd edib.
ABŞ dövlət katibi Lavrovla müzakirələrin danışıqlar yox, səmimi fikir mübadiləsi olduğunu da bəyan edib.
*** 16:26
ABŞ gələn həftə Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifinə cavab verəcək.
Bizim.Media “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə amerikalı həmkarı Entoni Blinkenlə danışıqlarının yekunları ilə bağlı mətbuat konfransında bildirib.
“Blinken söz verdi ki, gələn həftə ABŞ Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifinə cavab verəcək”, - Rusiya XİN başçısı vurğulayıb.
Qeyd edək ki, bu gün İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə amerikalı həmkarı Entoni Blinken arasında 1,5 saat davam edən görüş baş tutub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:11 / 21.01.2022
Blinken Lavrova SÖZ VERDİ: ABŞ hər 2 varianta hazırdır - YENİLƏNİB
Hazırda oxunan: Blinken Lavrova SÖZ VERDİ: ABŞ hər 2 varianta hazırdır - YENİLƏNİB
Hazırda oxunan: Blinken Lavrova SÖZ VERDİ: ABŞ hər 2 varianta hazırdır - YENİLƏNİB
56523
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.