Hulusi Akar ordu komandanlığı ilə birgə Türkiyə-İraq sərhədinə gəldi

Hazırda oxunan: Hulusi Akar ordu komandanlığı ilə birgə Türkiyə-İraq sərhədinə gəldi

56494

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin komandanlığı ilə birlikdə İraqla sərhəd xəttinə səfər edib. 

Bizim.Media xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb. 

Bildirilib ki, Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsevər, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüzlə birlikdə Şırnaka gedib. 

Nazir və komandalıq sərhəddəki vəziyyətlə tanış olub, sərhəd xəttindəki komandirlərlə toplantı keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin