Rusiyanın gənc idmançı xanımı dünya rekorduna imza atıb.
ANS PRESS-in məlumatına görə, 15 yaşlı Maryana Naumova ABŞ-da keçirilən ağırlıq qaldırma üzrə yarışa qatılıb.
Yarışda Maryana Naumova indiyə qədər öz yaşında olan xanımlar arasında qeydə alınan rəqəmi təzələyib. Xanım idmançı özü üçün 145 kiloqram ağırlıq sifariş edib.
15 yaşlı idmançı üçüncü cəhddə 145 kiloqramı heç bir çətinlik çəkmədən qaldırıb. Onun bu möhtəşəm şousunu əks etdirən video dünyanın bir çox kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılıb.
Moderator.az ANS PRESS -ə istinadən həmin videonu təqdim edir:





























































































