"Həmas" və "Əl Fəth" Qəzzada birlik hökumətinin qurulması məsələsində anlaşıb.
ANS PRESS-in məlumatına görə, Misirin paytaxtı Qahirədə baş tutan görüşdə tərəflər arasında müsbət nəticə əldə olunub.
Bununla belə tərəflər arasında Fələstində yeni hökümət qurulması mövzusunda fikir ayrılığı da var.
Qeyd edək ki, İsrailin Qəzzaya hücum etməsinin ardından "Əl Fəth" təşkilatı "Həmas"ı günahlandırmışdı. Tərəflərin Qahirədə davam edən görüşündə bütün fikir ayrılıqların başa çatacağı gözlənilir.





























































































