Kiyev Peçersk Məhkəməsi Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı şəxsi öhdəlik şəklində həbs-qətimkan tədbiri seçib, həmçinin xaricə getməmək üçün pasportunu təhvil verməyi əmr edib.
Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Poroşenko məhkəmə qərarından sonra deyib ki, o, qələbəni qeyd etmir, çünki Zelenskinin “çılğın ssenarisi” hələ bitməyib.
Xatırladaq ki, Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun tərəfdarlarının toplaşdığı Kiyevin Peçersk Məhkəməsinin binası yaxınlığında polislə toqquşma olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.
Prezidentlikdən getdikdən sonra Poroşenko 2019-cu il seçkilərində Volodimir Zelenskiyə uduzub və ona qarşı bir neçə cinayət işi başlanıb. Poroşenko dövlətə xəyanətdə şübhəli bilinib, lakin heç bir məhkəmə işində hökm çıxarılmayıb.
Bizim.Media