ABŞ dövlət katibi Kiyevə gəldi – VİDEO

Hazırda oxunan: ABŞ dövlət katibi Kiyevə gəldi – VİDEO

56118

ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü, yanvarın 19-da Kiyevə səfər edib. 

Bizim.Media xəbər verir ki, bu barədə CNN-in müxbiri Cennifer Hansler Twitter-də məlumat yayıb.

“Dövlət katibi Entoni Blinken Kiyevə gəlib” deyə qadın jurnalist siyasətçinin təyyarənin yanında çəkilmiş şəklini yerləşdirib.

Qeyd edək ki, Blinken Ukrayna prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

ABŞ bununla Ukraynanın suverenliyini və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiq etmək istəyir. Bundan əlavə, ABŞ dövlət katibi ABŞ səfirliyinin işçiləri və ailələri ilə təmasda olacaq, fövqəladə vəziyyətdə (Rusiyanın Ukraynaya hücumu nəzərdə tutulur) planlaşdırılan məsələlər barədə onlara məlumat verəcək.

Blinkenin Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısını almaq üçün yanvarın 20-də Berlinə gedəcəyi də məlumdur. Orada xarici işlər naziri Annalena Burbokla söhbət edəcəyi bəlli olub.

Yanvarın 21-də isə Cenevrədə Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla üz-üzə gələcək. 

5.UA-nın xəbərinə görə, dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, ABŞ Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına cavab vermək üçün 18 müxtəlif ssenari hazırlayıb.

Bir neçə gün əvvəl gizli kəşfiyyatın müstəntiqləri bildirmişdilər ki, Rusiya qatar dolu tankları, “Qrad” və “Uraqan”ları ölkənin qərbinə, Ukrayna sərhədlərinə aparır. Avadanlıqlarla yanaşı, hərbçilər də bura gətirilib, lakin sayını təyin etmək mümkün olmayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin